“Evro-4” standartının normalarına cavab verməyən avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsi üçün əlavə sənədlər tələb olunacaq

“Evro-4” standartının normalarına cavab verməyən avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsi üçün əlavə sənədlər tələb olunacaq
# 05 avqust 2014 12:51 (UTC +04:00)

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və “Evro-4” ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar komitə tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar bu ilin avqustun 16-dan etibarən “Evro-4” ekoloji standartının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin (XİF MN-nin 8703 və 8711 mal mövqelərinə aid edilən) müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.

Məlumatda deyilir ki, avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR