Kazanda TÜRKSOY mədəniyyət nazirlərinin 32-ci dönəm toplantısı keçirilib

Kazanda TÜRKSOY mədəniyyət nazirlərinin 32-ci dönəm toplantısı keçirilib
# 21 noyabr 2014 14:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Kazanda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mədəniyyət nazirlərinin 32-ci dönəm toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantı çərçivəsində TÜRKSOY təşkilatının baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatı dinlənilib və 2015-ci il üçün tədbirlər planı təsdiq edilib.

Tədbirdə Düsen Kaseinovun 2017-ci ilədək yenidən təşkilatın baş katibi seçilməsi və Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə bağlı qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR