Yol qəzasında ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar vətəndaşa 10 min manat kompensasiya verilib

Yol qəzasında ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar vətəndaşa 10 min manat kompensasiya verilib
# 11 avqust 2015 06:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 2012-ci ilin oktyabrın 26-da saat 04 radələrində baş vermiş Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 10000 manat məbləğində kompensasiya verilib.

Kompensasiya ödənişi poçt vasitəsi ilə 10 avqust 2015-ci il tarixdə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR