Ermənilər Azərbaycanın Füzuli rayonunun işğal altındakı Ərgünəş meşəsində 500 hektar ərazini yandırıblar

Ermənilər Azərbaycanın Füzuli rayonunun işğal altındakı Ərgünəş meşəsində 500 hektar ərazini yandırıblar
# 22 avqust 2008 12:09 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu faktı “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması ilə bağlı apardığı araşdırmalar zamanı aşkarlayıb. Mərkəzin əldə etdiyi digər məlumatlara görə, geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağaclar, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR