Yetirmişli: "Zəlzələlərin qarşısını almaq mümkün deyil"

Yetirmişli: "Zəlzələlərin qarşısını almaq mümkün deyil"
# 25 oktyabr 2017 09:59 (UTC +04:00)

"Azərbaycanda sonuncu dəfə ən güclü zəlzələ ötən əsrin sonlarında - 1902-ci ilin fevral ayında Şamaxıda baş verib".

APA-nın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, həmin vaxt zəlzələnin gücü 9 baldan çox olub: "Bu zəlzələdən 115 il keçib və bu günə kimi ölkədə belə gücdə təkan qeydə alınmayıb. Düzdür, Şamaxı seysmik aktiv zonadır və hər gün müxtəlif maqnitudada yeraltı təkanlar baş verir. Bakı da hər zaman olduğu kimi, bu gün də seysmik aktiv zonadır. Burada 8-9 bal gücündə zəlzələlər ola bilər. Amma onun nə zaman baş verəcəyi heç kimə bəlli deyil. Zəlzələlərin qarşısını heç vaxt almaq olmaz. Lakin mümkün qədər qabaqlayıcı tədbirlər görərək yeraltı təkanlar nəticəsində dəyən ziyanı miniuma endirmək mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR