Nazir: "Dağlıq Qarabağdakı memarlıq abidələrinin vəziyyəti UNESCO-da daimi müzakirə mövzusudur"

Nazir: "Dağlıq Qarabağdakı memarlıq abidələrinin vəziyyəti UNESCO-da daimi müzakirə mövzusudur"
# 08 oktyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Hazırda Dağlıq Qarabağda yerləşən tarixi abidələrimiz təəssüf ki, nəzarətimiz altında deyil. Bizi ən çox narahat edən məsələ də məhz budur. Bu gün Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı cənab prezidentin sərəncamına uyğun olaraq xüsusi xidmət yaradılıb”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağdakı memarlıq abidələrinin məhv edilməsinin qarşısının alınması ilə bağlı məsələ UNESCO-da daimi müzakirə mövzusudur. O qeyd edib ki, ölkə başçısının sərəncamı ilə yaradılan xidmət Azərbaycanın bütün regionlarını təhlil edir: “Bərpa olunacaq layihələr hazırlanmaqdadır. Ancaq Dağlıq Qarabağa daxil ola bilmirik. Təəssüf ki, bəzən Azərbaycan memarlığına aid olan tarixi abidələrimizin işğalçı ölkənin memarlığına şamil edildiyini görürük. Məsələn, işğal olunmuş ərazilərdə Gəncəbasar alban kilsəsi var. Onu azərbaycanlılar tikib. Bu abidə Azərbaycanın alban dövrünə aid olan memarlıq nümunəsidir. Amma bu gün yazılarda, çıxışlarda oranın ermənilərə aid olduğunu bildirirlər. Sözsüz ki, bu problemin həllini təkcə nazirlikdən gözləmək düzgün deyil. Demək istəyirəm, bütün ictimaiyyət, memarlar, tarixçilər öz haqq səsini qaldırmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR