Rusiya neft hasilatında növbəti tarixi maksimuma imza atıb

Rusiya neft hasilatında növbəti tarixi maksimuma imza atıb
# 21 sentyabr 2016 12:56 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya sentyabr ayında sutkalıq neft hasilatını 11,75 mln. barrelə çatdıraraq növbəti tarixi maksimuma imza atıb. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib.

"Dünənki göstərici 11,75 mln. barrelə çatıb", - deyə K. Molodtsov bildirib.

Maraqlıdır ki, OPEC ölkələri ilə görüşdə Rusiya sutkalıq hasilatın dondurulması məsələsini qaldırır. Sentyabr ayının əvvəlində Rusiya energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanından olan həmkarı Xalid əl-Falih neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıb. Bunun ardanca A. Novak qeyd edib ki, sənəd neft hasilatının dondurulmasını da nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR