Kürdəmirdə tövlədə baş verən yanğında xırdabuynuzlu heyvan tələf olub

Kürdəmirdə tövlədə baş verən yanğında xırdabuynuzlu heyvan tələf olub
# 11 oktyabr 2015 07:40 (UTC +04:00)

Bakı – APA. Kürdəmir rayonu, Qarasaqqallı kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 20 ton ot bağlaması yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində 1 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR