SOCAR-ın dövlət büdcəsinə ödənişləri 10% azalıb

SOCAR-ın dövlət büdcəsinə ödənişləri 10% azalıb
# 13 may 2016 11:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR tərəfindən bu ilin aprel ayında dövlət büdcəsinə 119 mln. 845 min manat vəsait ödənilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 mln. 658 min manat və ya 9,55% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 444 mln. 975 min manat vəsait ödənilib ki, bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 27 mln. 971 min manat və ya 5,91% azdır.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 mln. 138 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1 mln. 230 min manat və ya 10,33% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 45 mln. 108 min manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar-aprel aylarına nisbətən 1 mln. 486 min manat və ya 3,19% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR