Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - VİDEO

Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2015 06:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün oktyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 9-A olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 8-i ilə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0478 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0023 manat və ya 0,19% artaraq 1,1819 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,79% artaraq 0,0171 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR