Suriyanın cənubunda silahlılar kütləvi şəkildə hökumət qüvvələrinə təslim olur

Suriyanın cənubunda silahlılar kütləvi şəkildə hökumət qüvvələrinə təslim olur
# 03 oktyabr 2015 23:53 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, həyata keçirilən milli barışıq dövlət proqramı çərçivəsində 450 suriyalı silahlı və barələrində axtarış elan edilən 250-dək sakin silahı yerə qoyaraq dinc həyata dönməyə qərar verib. Təslim olan silahlıların üzərində avtomat, pulemyot və snayper tüfəngi olub.

Qeyd edək ki, həyata keçirilən milli barışıq dövlət proqramı çərçivəsində hökumət silahlılara silahı verməyi və reabilitasia kursu keçdikdən sonra dinc həyata dönməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR