Gəncədə lombardda işləyən qadın anasının qəbri üstündə intihar edib

Gəncədə lombardda işləyən qadın anasının qəbri üstündə intihar edib
# 08 mart 2016 16:46 (UTC +04:00)

Gəncə Azər Məmmədli - APA. Gəncədə intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü Nahidə Məmmədova şəhərin İmamzadə məzarlığında, anasının qəbiri üzərində gəmiricilər əleyhinə işlədilən zəhər içərək intihar edib.

Məlumata görə N. Məmmədova Gəncədə fəaliyyət göstərən lomardlardan birində işləyirmiş. Onun küllü miqdarda borcu olduğuna görə intihar etdiyi bildirilir. N. Məmmədova 4 uşaq anası olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR