Azərbaycanda 15 il əvvəl oğlunu öldürən kişinin və gəlininin məhkəməsi başlayıb

Azərbaycanda 15 il əvvəl oğlunu öldürən kişinin və gəlininin məhkəməsi başlayıb
# 25 yanvar 2016 09:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. Aparılan araşdırmalar zamanı məlum olub ki, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. Onların hər ikisi barədə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR