TQDK Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan facebookda yaradılan səhifələrlə bağlı əhaliyə müraciət edib

TQDK Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan facebookda yaradılan səhifələrlə bağlı əhaliyə müraciət edib
# 19 aprel 2016 13:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son günlər facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb”. Bu barədə APA-ya TQDK-dan məlumat verilib.

Məlumatda bildirilib ki, aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub: “Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi facebook səhifəsi istifadəyə veriləcək və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcək. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR