Tofiq Yaqublu: "Müsavat Partiyası və AXCP arasında uçurum dərindir"

Tofiq Yaqublu: "Müsavat Partiyası və AXCP arasında uçurum dərindir"
# 31 mart 2016 13:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Müsavat Partiyası və AXCP arasında uçurum dərindir".

APA-nın məlumatına görə, bunu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. O, AXCP ilə Müsavat Partiyası arasında yaranmış gərginliyin həllinə çalışaçağını desə də, bunun çətin olacağını vurğulayıb: "Müsavat Partiyası və AXCP arasındakı gərginliyi həll etmək çətin olacaq. Ancaq mən yenə də buna çalışacağam. Təəssüflər olsun ki, bu gün bir-birimizi ittiham edirik, mübarizəmizi sosial şəbəkədə öz aramızda qururuq. Məncə, bu problemləri bir kənara qoymağın artıq vaxtı çatıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR