ABŞ-dakı Azərbaycan diplomatı “The Washington Post”un Azərbaycanla bağlı yazılarına eyni qəzetdə cavab verib

ABŞ-dakı Azərbaycan diplomatı “The Washington Post”un Azərbaycanla bağlı yazılarına eyni qəzetdə cavab verib
# 12 sentyabr 2015 08:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi attaşesi Samirə Səfərova “The Washington Post” qəzetində Azərbaycanla bağlı dərc olunan yazılara həmin qəzetdə münasibət bildirilib.

Azərbaycanlı diplomatın cavab yazısında deyilir:


“İl ərzində qəzetin Azərbaycana olan geniş və mütəmadi diqqəti kiçik həcmli ölkə üçün fəxr ola bilər. Lakin Azərbaycanla bağlı yazılar, əsasən də 16 avqust tarixli buraxılışda “Azərbaycanın ədalətsizliyi” başlıqlı yazı birtərəfli olduğu üçün məyusedicidir. Ədalət mühakiməsi hər bir cəmiyyətdə mühüm rol oynayır. Əgər kimsə ilkin hökmlə razı deyilsə, iş məhkəmə prosesi üzrə apellyasiya məhkəmələrinə verilə bilər ki, bu da Amerika Birləşmiş Ştatlarında çoxlarına tanış olan bir anlayışdır. Qısaca, prokurorluğun arqumentini sırf ideoloji səbəblərə görə görməzdən gəlmək çətin ki, vətəndaş cəmiyyətinin inkişafı üçün faydalı olsun. Xalqlararası təmaslara gəldikdə isə məhz Azərbaycan tərəfi Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsində təkid edir. Ermənistanın belə dialoqların keçirilməsi və regionumuzda baş verən inkişaf proseslərini inkar etməsinin səbəbləri isə bizim indiyədək gördüklərimizdən də kompleks və hərtərəfli yanaşma tələb edir”.

Qeyd edək ki, “The Washington Post” qəzeti Leyla və Arif Yunusların qanunsuz həbs edilməsi, Azərbaycanda vətəndaş cəmiyyətinə təqiblərin olması barədə yazılar dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR