Şəmkirdə mənzildən oğurluq edilib

Şəmkirdə mənzildən oğurluq edilib
# 09 fevral 2016 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəmkirdə mənzildən oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 7-də Şəmkir şəhərində yaşayan Sayad Qəhrəmanovun mənzilindən pəncərədən girmək yolu ilə 3000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ramiz Zirəddinli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR