Şagird və tələbələr arasında respublika ifa müsabiqəsi keçiriləcək

Şagird və tələbələr arasında respublika ifa müsabiqəsi keçiriləcək
# 02 fevral 2016 12:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında respublika ifa müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında respublika ifa müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Əmrlə ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında respublika ifa müsabiqəsinin Təşkilat komitəsi təsdiq olunub.

Firudin Qurbanov Təşkilat Komitəsinin sədri, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Orta ixtisas təhsili sektorunun müdiri Kərim Mikayılov, İlk peşə - ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə, Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin aparıcı məsləhətçisi Maral Salmanova və Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov üzv təsdiq olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR