Maykl Fellon: “Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyəcək”

Maykl Fellon: “Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyəcək”
# 12 dekabr 2015 03:37 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya İraq və Suriyaya quru qoşunları göndərməyi planlaşdırmır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bəyan edib.

“Biz İraq və Suriayaya quru qoşunlar göndərmək niyyətində deyilik. İraqın baş naziri Heydər əl-Abadi açıq şəkildə bildirib ki, öz ərazisində Böyük Britaniya və ABŞ qoşunlarını görmək istəmir. İraq hökumətinin qəti mövqeyi ondan ibarətdir ki, terrorçulardan təmizlənən ərazilərdə təhlükəsizliyi yerli qüvvələr təmin etməlidir”, deyə M.Fellon bildirib.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İŞİD-in İraqdaki, bu ilin dekabrın 3-dən isə Suriyadakı mövqelərinə hava zərbələrinin endirilməsinə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR