Liviyada terror aktı nəticəsində ölən hərbçilərin sayı 32-yə çatıb - YENİLƏNİB

Liviyada terror aktı nəticəsində ölən hərbçilərin sayı 32-yə çatıb  - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2016 00:40 (UTC +04:00)

Bakı-APA. Liviyada törədilən terror aktı nəticəsində ölən hərbçilərin sayı 32-yə çatıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, daha 50 hərbçinin yaralandığı bildirilir.

Sirt şəhəri yaxınlığında terrorçu-kamikadze özünü minalanmış avtomobildə partladıb, daha sonra hərbiçilərlə terrorçular arasında atışma olub.

Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

***

01:02

Bakı-APA. Liviyada törədilən terror aktı nəticəsində 18 hərbçi ölüb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, insident Sirt şəhəri yaxınlığında qeydə alınıb.

Terrorçu-kamikadze özünü minalanmış avtomobildə partladıb.

Hadisə zamanı Liviyada yeni qurulan Milli Barışıq Hökumətinə sadiq hərbçilərin həlak olduğu bildirilir. Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR