Lənkəran bazarında dükandan 10 min manat pul oğurlanıb

Lənkəran bazarında dükandan 10 min manat pul oğurlanıb
# 24 fevral 2016 14:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərindəki mərkəzi bazarda dəftərxana ləvazimatlarının topdansatışı ilə məşğul olan Ramin Babayevə məxsus mağazadan 10 min manat dəyərində soyğunçuluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) növbətçi hissəsinə məlumat verilib. Zərərçəkənin bildirib ki, günorta saatlarında mağazanı bağlamaq məqsədilə çölə çıxıb. Rəflərdəki kitabları yığışdırmağa başı qarışan zaman onun diqqətsizliyindən istifadə edən naməlum şəxs içəri daxil olaraq Ramin Babayevin gödəkcəsinin çibindən pulları götürüb. Oğru tələsdiyindən əlindəki bağlamanı yaddan çıxararaq mağazada saxlayıb.

Ramin Babayevin sözlərinə görə, oğurlanmış pullar mağaza üçün aldığı dəftərxana ləvazimatlarının ödənilməli üçün olub. O, cibindəki 48 ədəd 100 manatlıq, 46 ədəd 50 manatlıq əsginasların yoxa çıxdığını biləndən sonra ətrafdakı müşahidə kameralarını yoxlayıb. Oğurluq edən şəxsin yaddan çıxararaq mağazada saxladığı bağlama ilə təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib. Maddi sübut kimi həmin sellofan bağlama da Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ tərəfindən cinayət işi açılıb, oğurluqda şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR