Qubada 4 nəfəri it dişləyib

Qubada 4 nəfəri it dişləyib
# 25 sentyabr 2015 09:03 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunda 4 nəfəri it dişləyib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 3 nəfər dünən, bir nəfər isə bu gün it dişləməsi ilə Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib. Onlar Quba rayonu, Bağbanlı kənd sakini 2003-cü il təvəllüdlü Manafov Mustafa Rauf oğlu, Quba rayonu, Pirvahid kənd sakini, 2010-cu il təvəllüdlü Hacıbəyov Novruzbəy Vüqar oğlu, Quba rayonu, Qələduz kənd sakini, 1989-cu il təvəllüdlü Ramazanov Kamran Murad oğlu və rayonun İkinci Nügədi kənd sakini, 2006-cı il təvəllüdlü Məmədova Nailə Cəllad qızıdır. Onlara Quba MRX-da müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR