Ceyranbatanda yoldan keçən 3 nəfəri maşın vurub

Ceyranbatanda yoldan keçən 3 nəfəri maşın vurub
# 22 avqust 2016 10:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtın Ceyranbatan qəsəbəsində avtomobil yoldan keçən 3 nəfəri vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də saat 07.00 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsində şəhər sakini Kamran Əliyev idarə etdiyi BMW markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakinləri Natiq İbrahimovu, Zakir Həsənovu və Mehman Zeynalovu vurub. Onlar xəstəxanaya yerləşdiriliblər.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR