Rio-2016: Azərbaycanın akademik avarçəkmə dueti medal qazanmaq şansını itirib

Rio-2016: Azərbaycanın akademik avarçəkmə dueti medal qazanmaq şansını itirib
# 09 avqust 2016 16:10 (UTC +04:00)

Bakı – APA. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışları üzrə yarımfinal yarışları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsilçiləri Aleksandr Aleksandrov - Boris Yotov dueti də mübarizə aparıb.

2000 m məsafəyə yürüş idmançılarımız üçün uğursuzluqla nəticələnib. Serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, italiyalı Françesko Fossi - Romano Battisti, litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri ilə yarışan avarçəkənlərimiz finiş xəttinə sonuncu - 6-cı çatıblar. Onlar lider olan litvalı duetdən (6:14.61) nə az, nə çox 22,88 saniyə geri qalıblar. Reqlamentə əsasən, ilk “üçlük” finala vəsiqə qazanıb.

Aleksandrov - Yotov dueti yarımfinalda iştirak edən 12 ölkə arasında isə 11-ci olub. Onlar avqustun 11-də saat 15:50-də 7-12-ci yerlər uğrunda təsəlliverici yarışa qatılacaqlar.

Təmsilçilərimizin rəqibləri Serbiya, Almaniya, Yeni Zelandiya, Avstraliya və Bolqarıstan duetləri olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR