Bakıda “Bentley” və “Volvo”nun yandırıldığı məlum olub

Bakıda “Bentley” və “Volvo”nun yandırıldığı məlum olub
# 06 fevral 2016 11:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bahalı avtomobilləri yandıran şəxs tapılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan “Volvo” markalı avtomobildə yanğın baş verib və yanğından yaxınlıqda dayanmış “Bentley” markalı avtomobilin arxa qanadının rəngi qopub, sağ arxa ışığı əriyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yasamal polisi tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi ötən avtomobillərin yanması faktı ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR