İstanbulda çayxana atəşə tutulub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

İstanbulda çayxana atəşə tutulub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
# 02 fevral 2016 06:50 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İstanbul şəhərində naməlum şəxslərin çayxananı atəşə tutması nəticəsində 2 nəfər ölüb, 4 nəfərsə yaralanıb.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, üzlərinə maska taxmış iki nəfər gecə saatlarında çayxanaya yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Çayxananı güllə-baran edən naməlum şəxslər daha sonra hadisə yerindən qaçıblar. Həmin vaxt orada olan iki kişi aldığı güllə yarasından hadisə yerində ölüb. Xəsarət almış 4 nəfərsə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra ərazidə əməliyyat-axtarış tədbirlərinə başlanıb. İlkin ehtimala görə, hadisəni terrorçular törədiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR