Qusarda keçmiş məhbus özünü yandıraraq intihar edib

Qusarda keçmiş məhbus özünü yandıraraq intihar edib
# 15 fevral 2016 14:49 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ukur kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şıxbabayev Çingiz Şıxrəhim oğlu üzərinə benzin tökərək özünü yandırıb. Onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, intihar edən şəxs 14 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR