Rusiya vətəndaşlarının İŞİD üzvü olması səbəbindən Türkiyədə saxlanıldığını təsdiq edib

Rusiya vətəndaşlarının İŞİD üzvü olması səbəbindən Türkiyədə saxlanıldığını təsdiq edib
# 13 yanvar 2016 10:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya tərəfi vətəndaşlarının İŞİD-lə əlaqəli olduqları üçün Türkiyənin Antalya şəhərində saxlanıldığını təsdiq edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “RİA Novosti”də yer alan xəbərdə Rusiyanın Antalyadakı konsulluğu 3 Rusiya vətəndaşının İŞİD terror təşkilatı ilə əlaqəli olması üzündən saxlanıldığı barədə məlumatı təsdiqləyib.

Baş konsul Aleksandr Tolstapyatenko Rusiya vətəndaşlarının saxlanılma səbəblərinin dəqiqləşdirildiyini söyləyib.

Qeyd edək ki, üç Rusiya vətəndaşı İstanbulda Sultanəhməd meydanında baş vermiş terror aktı ilə əlaqədar saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR