“Bu il Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı 159 min proqnoz verilib. Artıq 148 min uşağın birinci sinfə qəbulla bağlı müraciəti var”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.
O bildirib ki, dünən saat 18:00-da I sinfə qəbul portalı artıq bağlanıb: “I sinfə qəbulla bağlı fərdi müraciətlərə oktyabrın 15-dək baxılacaq”.