Bank Of Baku

Xidmət şirkətin əməkdaşlara maaş verməməsinə dair şikayətə münasibət bildirib

Fuad Heydərov

© APA | Fuad Heydərov

# 11 fevral 2022 12:13 (UTC +04:00)

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Ştutqart” mağazalar şəbəkəsindən işdən ayrılan 64 nəfərin toplam 76 min manatlıq əməkhaqqı qalığının verilməməsi ilə bağlı şikayətlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, Xidmət rəisi “Sosial saat” verilişində deyib ki, daxil olmuş müraciətlərə qanunvericilikdə 15 gün ərzində baxılması nəzərdə tutulur.

O bildirib ki, əlavə araşdırmaya ehtiyac olanda müddət bir ayadək uzadıla bilər:

“Hazırda iş yerlərinə getməklə hər hansı yoxlamanın aparılması qadağandır. Biz buna uyğun tədbirlər görürük. Zəruri sənədlərin əsasında araşdırmalar aparılır. Hazırda həmin müraciətlə bağlı araşdırma davam edir. Bununla bağlı müəssisəyə müraciət edilib” – o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR