Hava əsasən yağmursuz keçəcək, duman, çiskin olacaq

Hava əsasən yağmursuz keçəcək, duman, çiskin olacaq
# 04 aprel 2018 10:31 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR