BFB-də üç aparıcı bankın qiymətli kağızları ilə mütəşəkkil ticarət dayandırılıb

BFB-də üç aparıcı bankın qiymətli kağızları ilə mütəşəkkil ticarət dayandırılıb
# 16 iyul 2015 15:17 (UTC +04:00)

Bakı - APA-Economics. İyulun 14-də qüvvəyə minmiş “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsəsən ölkədə sənədli investisiya qiymətli kağızların (səhm və istiqraz) buraxılışı, o cümlədən artıq tədavüldə olan sənədli investisiya qiymətli kağızları ilə əqdlərin həyata keçirilməsi qadağan edilib.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq, BFB-də listinqdən keçmiş aşağıdakı sənədli qiymətli kağızların mütəşəkkil ticarəti onların sənədsizləşdirilməsinədək müvəqqəti olaraq dayandırılıb:

- "Bank BTB" ASC-nin sənədli səhmləri;

- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sənədli səhmləri;

- "Kapital Bank" ASC-nin sənədli səhmləri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR