Siyəzənlə Xızının qaz təchizatı məhdudlaşdırılır

Siyəzənlə Xızının qaz təchizatı məhdudlaşdırılır
# 07 noyabr 2016 14:36 (UTC +04:00)

Sabah SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəməri sahəsində carı təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 08-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR