Azərbaycanda ilk dəfə gözdən əlillər üçün “Quran” çap edilib - FOTOSESSİYA

Azərbaycanda ilk dəfə gözdən əlillər üçün “Quran” çap edilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 iyul 2015 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, DQİDK sədri Mübariz Qurbanlı brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim”in çap prosesinə mart ayından başlandığını bildirib.

Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün brayl əlifbası ilə hazırlanan “Qurani-Kərim”in DQİDK-nin maliyyə dəstəyi ilə 7 cilddə çap edilib.

M. Qurbanlı prezident İlham Əliyevin təşəbbüsü ilə kitab çapı üçün ayrılmış vəsaitin bir qisminin “Qurani-Kərim”in brayl əlifbası ilə çapına ayrıldığını qeyd edib: “Birbaşa bu mənbədən oxumaqla insan islamın mahiyyətini daha dərindən dərk edə bilir. Vətəndaşların sosial müdafiəsi cəhətdən “Qurani-Kərim”in brayl əlifbası ilə dərc olunması sosial bir siyasətdir”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev “Qurani-Kərim”in özünün bir şəfa olduğunu vurğulayıb: “İnsan dili bilməməsi, “Qurani-Kərim”i başa düşüb-düşməməsindən asılı olmayaraq ahəngi elədir, oradan bir hecanı qoparmaq da mümkün deyil. Çox sevindim ki, nəhayət, Azərbaycanda belə bir iş görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR