BŞBPİ: Ötən gün axtarışda olan 9 nəfər saxlanılıb

BŞBPİ: Ötən gün axtarışda olan 9 nəfər saxlanılıb
# 08 fevral 2020 09:10 (UTC +04:00)

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb. Onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR