Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub
# 07 sentyabr 2015 20:07 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 21:55-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR