Vəkili keçmiş MTN polkovnikinə şərti cəza verilməsini xahiş edib

Vəkili keçmiş MTN polkovnikinə şərti cəza verilməsini xahiş edib
# 02 fevral 2018 08:32 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N. Əliyevin vəkili Günay Hacıyeva çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə qanunvericilikdə nəzərdə tutulan aşağı həddə cəza verilməsini istəyib.

Sonra V. Güləliyevin vəkili Elxan İsayev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin əslində aldadıldığını deyib. O bildirib ki, V. Güləliyevə digər təqsirləndirilən şəxslər tərəfindən təzyiq olunub. Vəkil qeyd edib ki, V. Güləliyev zərərçəkmişdən işə düzəltmə adı ilə pul almayıb. O, hüquqlarını müdafiə etdiyi şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İş üzrə bir neçə zərərçəkmiş şəxs var.

Onlar qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər.

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR