Kişinyovda TÜRKSOY-un xalq alətləri orkestrinin konserti olub

Kişinyovda TÜRKSOY-un xalq alətləri orkestrinin konserti olub
# 30 mart 2017 02:21 (UTC +04:00)

Martın 28-də Kişinyov şəhərində TÜRKSOY-un xalq alətləri orkestrinin konserti keçirilib.

APA-nın məlumatına görə, tədbir Moldovada Türkiyə Respublikasının, Azərbaycan Respublikasının səfirlikləri və S.Lunkeviç adına Moldova Milli filarmoniyasının dəstəyi ilə təşkil edilmişdir.

TÜRKSOY-un xalq alətləri Orkestrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Monqolustan, Moldova Respublikasının Qaqauziya Muxtar vilayəti, həmçinin Rusiya Federasiyasının subyektlərindən - Başqırdıstan, Xakasiya və Saxa-Yakutiyadan ümumi 50 nəfərə yaxın mədəniyyət xadimləri iştirak edib.

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirliyinin TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı qonaqları salamlayaraq, qeyd edib ki, konsertin təşkilinin arxasında ayrı-ayrı ölkələrdən çoxlu insanların böyük əməyi var.

Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanov Moldovada akkreditə olan bütün türkdilli dövlətlərin səfirləri adından konsert təşkilatçılarına təşəkkür edib və qeyd edib ki, türk dünyası öz mədəni və tarixi irsi ilə bütün dünyada tanınır: "Bizim ümumi zəngin mədəniyyətimiz türk dünyasını birləşdirən amillərdən biridir. Ən əsası odur ki, bu gün mədəniyyətimizi bütün dünyaya nümayiş etmək üçün imkanlarımız var".

Konsert "Novruz-2017" silsilə tədbirlər çərçivəsində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR