"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinatlar olub

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinatlar olub
# 20 dekabr 2016 07:36 (UTC +04:00)

"PAŞA Yatırım Bankası"nın rəhbərliyində dəyişiklik baş verib. "APA-Economics" xəbər verir ki, bankın icraçı direktoruna daha bir müavin təyin edilib. Yeni müavin Hale Yıldırımdır.

Qeyd edək ki, "PAŞA Yatırım Bankası"nın icraçı direktoru Cenk Eynehan, onun digər müavini isə Ali İhsan Tokkuzundur.

Bundan başqa, bankın Direktorlar Şurasında da dəyişiklik baş verib. Belə ki, Kəmalə Nuriyeva Direktorlar Şurasının yeni üzvü seçilib.

Qeyd edək ki, "PAŞA Yatırım Bankası"nın səhmlərinin 100%-i "PAŞA Bank" ASC-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR