Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyi açıqlanıb

 Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyi açıqlanıb
# 02 oktyabr 2017 12:26 (UTC +04:00)

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyi bəlli olub.

APA-nın “NBC News”-a istinadən xəbərinə görə, insident törədən şəxsin Las-Veqas sakini, 64 yaşlı Stefen Paddok olduğu bildirilir.

Hazırda onunla əlbir olan Marilou Danley adlı qadının axtarışları davam etdirilir.

Qeyd edək ki, insident nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR