DÇ-2018-in final mərhələsinə daha iki vəsiqənin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa zonasında IX turun ilk oyun günündən sonra Almaniya və İngiltərə mundiala vəsiqəni rəsmiləşdirib.
Almaniya C, İngiltərə F qrupunda I yeri təmin edib. Bununla, mundialda iştirakı dəqiqləşən komandaların sayı 10-a çatıb.
Qeyd edək ki, Rusiyanın meydan sahibi kimi qatılacağı yarışa Braziliya Cənubi Amerikadan, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya Asiyadan, Meksika KONKAKAF-dan, Belçika, Almaniya, İngiltərə Avropadan seçmə oyunlarından bunu rəsmiləşdirib.