İtaliya Super Kubokunun qalibi məlum olub

İtaliya Super Kubokunun qalibi məlum olub
# 23 dekabr 2016 20:31 (UTC +04:00)

İtaliya Super Kubokunda qalib müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Qətərin paytaxtı Dohada keçirilən oyunda A seriyasının və ölkə kubokunun qalibi “Yuventus”la kubokun finalçısı “Milan” qarşılaşıb.

Əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə yekunda milanlılar penalti ilə qələbə qazanıblar.

İtaliya Super Kuboku

23 dekabr

“Yuventus” – “Milan” – 1:1 (penaltilər: 3:4)

Qollar: Kyellini, 18 – Bonaventura, 38

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR