AMEA Eroziya və Suvarma İnstitutu: Kür-Araz ovalığının ərazi torpaqları bataqlıq təhlükəlidir

AMEA Eroziya və Suvarma İnstitutu: Kür-Araz ovalığının ərazi torpaqları bataqlıq təhlükəlidir
# 13 avqust 2015 12:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda ölkə ərazisində Kür-Araz ovalığını əhatə edən ərazi torpaqları bataqlıq təhlükəlidirlər”. Bunu APA-ya AMEA Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Əliyev deyib.

Z. Əliyevin sözlərinə görə, vaxtı ilə ən intensiv inkişaf tapmış əkinçilik zonası sayılan Kür-Araz ovalığını əhatə edən ərazi torpaqları uzun müddət nizamsız qaydada, müasir elmi əsaslara söykənməyən torpaqdan istifadə üsullarının dominə olunması nəticəsində bataqlıq təhlükəliliyi ilə üzləşib: “Əsasən də burada həyata keçirilən suvarmanın qeyri-konstruktivliyi, yəni suvarma rejim və normalarının tənzimlənməməsi, becərilən bitkinin su tələbatı nəzərə alınmadan böyük su itkisinə yol verilərək izafi suvarmalar aparılması, mütərəqqi suvarma üsullarından istifadə etməmək, torpaqda duz-su rejiminin tənzimlənməməsi və torpaqların yuyulma prosesində müvafiq texnologiyaların gözlənilməməsi səbəbləri üzündən acınacaqlı vəziyyət yaranıb. Əsasən səbəblər bunlardır”.

Z. Əliyev qeyd edib ki, bataqlıq təhlükəli ərazi torpaqları xüsusi qayğı tələb edir: “Bataqlıq təhlükəli ərazi torpaqlarına böyük kapital qoyuluşu lazımdır ki, problemin həllində müasir tətbiqi əhəmiyyətli texnologiyalardan istifadə olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR