Şəmkirdə dəm qazından zəhərlənmə olub, qaynana ölüb, gəlinin vəziyyəti ağırdır

Şəmkirdə dəm qazından zəhərlənmə olub, qaynana ölüb, gəlinin vəziyyəti ağırdır
# 23 oktyabr 2016 19:10 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun veridyi məlumata görə hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R. Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR