Nazir: "Saakaşvilinin məsələsi hüquqi müstəvidə həll olunmalıdır"

Nazir: "Saakaşvilinin məsələsi hüquqi müstəvidə həll olunmalıdır"
# 03 oktyabr 2017 17:04 (UTC +04:00)

"Mixeil Saakaşvilinin məsələsi hüquqi müstəvidə həll olunmalıdır".

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.

Nazir bildirib ki, M. Saakaşvilinin Ukrayna vətəndaşlığı Dövlət Miqrasiya Xidmətinin sənədi əsasında ləğv olunub.

"Məsələyə Ukrayna məhkəməsi baxmalıdır. Yalnız bundan sonra mən xarici işlər naziri kimi nəsə deyə bilərəm", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR