DİN Qubada baş vermiş yol qəzası barədə məlumat yayıb

DİN Qubada baş vermiş yol qəzası barədə məlumat yayıb
# 07 sentyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Quba rayonunda baş vermiş yol qəzası barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 10 radələrində Quba rayonunun Paşa-oba kəndində Bakı şəhər sakini Nurməmməd Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə N. Əzizov və sərnişinlərindən Ukrayna vətəndaşı Əziz Əzizov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.


Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR