“Atletik” – “İnter” görüşünün başlama vaxtı dəqiqləşib

“Atletik” – “İnter” görüşünün başlama vaxtı dəqiqləşib
# 24 iyul 2015 09:00 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Atletik” (İspaniya) – “İnter” (Azərbaycan) matçının başlanma vaxtı açıqlanıb. Apasport.az Bilbao klubunun rəsmi saytına istinadən xəbər verir ki, “San Mames” stadionunda keçiriləcək qarşılaşma iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) start götürəcək.

Oyunun biletləri ayın 29-dan satışa çıxarılacaq.

Qeyd edək ki, “İnter” əvvəlki təsnifat mərhələlərində Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu mübarizədən kənarlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR