Kerri: “İranla danışıqlarda bir sıra məsələlər həll olunub”

Kerri: “İranla danışıqlarda bir sıra məsələlər həll olunub”
# 10 iyul 2015 20:38 (UTC +04:00)

Bakı-APA. İranla “altılıq” arasındakı nüvə danışıqlarında bir sıra məsələlər həll olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

“Düşünürəm ki, əvvəl həll edə bilmədiyimiz bir neçə məsələlərə bu gün aydınlıq gətirildi. Müəyyən irəliləyişə nail ola bilmişik. Bununla belə problemlərdə qalmaqdadır. Biz həm bu gün, həmdə sabah danışıqlar masası arxasında müzakirələri davam etdirəcəyik. Hazırda bir sıra istiqamət üzrə çətin diskussiyalar gedir, lakin dediyim kimi müəyyən irəliləyiş də mövcuddur”, deyə C.Kerri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR