Şirvanda zəncirvarı qəzada xəsarət alanların adı məlum olub - YENİLƏNİB

Şirvanda zəncirvarı qəzada xəsarət alanların adı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 06 mart 2017 10:19 (UTC +04:00)

Şirvanda baş verən zəncirvarı qəzada xəsarət alanların adı məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “VAZ-2107”, “Hyundai” və iki “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”ın sürücüsü, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu və “Mercedes”lərdən birinin sürücüsü, 1971-ci il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu xəsarət alıb.

Z. Eyvazovun vəziyyəti ağır qiymətləndirilir.

***

saat 13.00

Şirvanda zəncirvarı qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumata görə, bu gün şəhərin Heydər Əliyev prospektində dörd avtomaşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR