Lənkəranda xəsarətlə nəticələnən yol qəzası baş verib

Lənkəranda xəsarətlə nəticələnən yol qəzası baş verib
# 05 iyul 2017 22:49 (UTC +04:00)

Lənkəranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Lənkəran rayonu Göyşaban kəndindən keçən ərazisində qeydə alınıb.

Astara rayonu, Pəlikeş kənd sakini, 1959-cu il təvəllüdlü İlham Rüstəmov idarə etdiyi “Mercedes”markalı avtomaşınla idarəetməni itirərək əvvəlcə beton dirəyə, daha sonra “VAZ 2106”markalı avtomaşına çırpılıb.

Nəticədə “Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR